MÖVLUD ÇAVUŞOĞLU : “CAN AZƏRBAYCAN HEÇ VAXT TƏK DEYİL”
Baxış sayı: 465
“Biz hər zaman Azərbaycanın yanındayıq, can Azərbaycan heç vaxt tək deyil”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. O, Azərbaycan torpaqlarının 30 il işğal altında olduğunu xatırladıb. Çavuşoğlu Ermənistan ordusunun dünən gecə də təxribatlar etdiyini və Azərbaycanın da bunu cavabsız qoymadığını vurğulayıb. “Əgər biz regionda tam sabitlik və sülh istəyiriksə, beynəlxalq problemlər öz həllini tapmalıdır. Biz bu məsələdə mühüm rol oynayırıq, lakin hər zaman Azərbaycanın yanındayıq, can Azərbaycan heç vaxt tək deyil”, - deyə Türkiyə XİN rəhbəri sözlərini yekunlaşdırıb.