MÜDAFİƏ NAZİRİ QUSAR RAYONUNDA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə edilib. Müdafiə naziri burada Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.