MOLLA REJİMİ TÜRK ADLARINDAN QORXUR ?
Baxış sayı: 425
Rəsmi Tehran Türk adlarına qarşı dözümsüz olduğunu bir daha göstərib. BU dəfə İran qeydiyyat idarəsinin Təbriz şöbəsi yeni doğulan azərbaycanlı uşağa Volkan adı qoyulduğu üçün ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Volkan AzərMirad adlı körpə dekabr ayında dünyaya gəlsə də, ailəsi türk mənşəli ad seçdikəri üçün bu müddət ərzində hələ də şəxsiyyət vəsiqəsi ala bilmədiklərini deyirlər. Qeyd edək ki, bu İranda ilk belə hal deyil. Dəfələrlə valideyinlər övladlarına türkmənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərindən şikayət ediblər. İran qeydiyyat idarəsinin azərbaycanlı ailələrə qarşı nümaiş etdirdiyi bu cür ayrıseçkilik etirazlarla qarşılanır. Və valideyinlər məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.