MMA DÖYÜŞÇÜSÜ ZƏFƏR ƏBDÜRRƏHMANOV TURNİRİN QALİBİ OLDU

Dünya MMA reytinq cədvəlində “TOP-20”də yer alan Qazaxıstanın bir nömrəli liqası “Octagon” növbəti turnirini avqustun 18 –də Bakı İdman Sarayında “ASED FC” ilə

birlikdə həyata keçirib. Bu dəfəki turnirdə yerli MMA döyüşçülərindən Aqşin Babayev, Elnar İbrahimov, Röyal Leylizadə, Qədir Müslümzadə, Zəfər Əbdürrəhmanov, Cavid Rzayev, Mehdi Həsənov, Həsən Həsənov, Turac Əliyev, Cavad Məhəmmədhəsənov, İsmayıl İsmayilzadə və Sahil Mirzəyev güclərini sınayıblar. Qubalı idmançı Zəfər Abdurrahmanov 57 kq çəki dərəcəsində gürcü idmançısı Nika Kalandadze ilə qarşılaşıb.  İkinci raundda rəqib üzərində qələbə qazanan həmyerlimiz turnirin qalibi olub. Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyə döyüşüçləri də mübarizə aparıblar.