Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının
Nyu-Yorkda keçiriləcək fövqəladə iclasında iştirak edəcək. İclasın gündəliyinə Laçın dəhlizi və Dağlıq Qarabağdakı vəziyyətin daxil edilməsi nəzərdə tutulur. “Armenpress” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bilgi verib. Onun sözlərinə görə “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 16-da Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının Ermənistan Respublikasının xahişi ilə çağırılan fövqəladə iclasında iştirak etmək üçün Nyu-Yorka gedəcək. Ani Badalyanın sözlərinə görə BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirərəcəyi fövqəladə iclas, ermənilərin guya üstünlük təşkil etdiyi Dağlıq Qarabağın, Azərbaycan tərəfindən mühasirəyə alınması və 120 min erməninin “aclıq və böyük humanitar fəlakət”lə üzləşməsi ilə bağlı narahatlığına aydınlıq gətirəcək.
{youtube}qjK1txS422o{youtube}