MİNLƏRLƏ DÖYÜŞÇÜNÜN YARASINI SARIYAN TİBB BACISI- LİDİYA RÜSTƏMOVA

Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə mayın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Lidiya Rüstəmovanı evində ziyarət edib.

Görüşdə müharibə veteranına komitə sədri Bahar Muradovanın təbrik məktubu və hədiyyələr təqdim edilib.Ziyarət zamanı Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına daim həssaslıqla yanaşdığı qeyd olunub. onların əməyinin hər zaman yüksək şəkildə qiymətləndirilərək müxtəlif mükafatlarla təltif edilməsi barədə söhbətlər aparılıb. Qubanın Digah kənd sakini 97 yaşlı Lidiya Rüstəmova Belarusiya,Stalinqrad və Almaniya cəbhələrində tibb bacısı kimi minlərlə döyüşçünün yarasına məlhəm qoyub.Lidiya Rüstəmova tibbi heyətin tərkibində Belarus cəbhəsindən Berlinədək döyüş yolu keçib. Müharibənin bütün ağrı-acısını yaşamış Lidiya Rüstəmova 30 nəvə, 10 nəticə və 15 kötükcə sahibidir. Quba rayonunda həyatda olan 3 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var. İkinci Dünya müharibəsində iştirak edən 9 min 800 qubalıdan 6 min 600 nəfəri həlak olub.