MİLLƏT VƏKİLİ SƏRHƏDLƏRLƏ BAĞLI AÇIQLAMA VERDİ

Pandemiyanın demək olar ki, sonuna gəlmişik. Artıq bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Yoluxanların sayı da kifayət qədər azdır. Amma insanları ən çox narahat edən quru sərhədlərinin nə vaxt açılması ilə bağlıdır. Yay mövsümünün gəlməsi məsələni bir az da aktual edir. Hələ təyyarə biletlərinin əl yandırması, insanları çıxılmaz vəziyyətdə qoyub desək yanılmarıq. Məsələyə Millət Vəkili Vüqar Bayramov belə aydınlıq gətirib. Quru sərhədlərin açılması iqtisadi baxımdan vacibdir. Belə ki, bu həm ölkəyə gələn turistlərin sayının artmasına, eyni zamanda ölkə vətəntəndaşlarının qonşu ölkələrə daha rahat, eləcə də daha ucuz səfər etməsinə imkan yaradır.