MİLLİ KOMİSİYALARIN 9-CU İCLASI ŞUŞADA KEÇİRİLƏCƏK
Baxış sayı: 600
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komisiyaların 9-cu iclası Şuşada keçiriləcək. Bu barədə Azərbaycanın UNESCO – dakı Milli Komisiyasından məlumat verilib. Qürur hissi ilə bildiririk ki, Türksoya üzv ölkələrin UNESCO üzrə Milli Komisiyaların 9-cu iclası 2023 – cü ildə Türk Dünyasının Mədəniyyət paytaxtı Şuşada keçiriləcək deyə, məlumatda qeyd edilib. Əlavə edilib ki, bu barədə qərar Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komisiyaların 8 -ci iclasında verilib.