AZƏRBAYCANIN İKİ ŞAHMATÇISI AVROPA ÇEMPİONATININ QALİBİ OLUB

Yeniyetmələr və gənclər arasında keçirilən Avropa çempionatında şahmatçılarımız uğurla çıxış ediblər. Azərbaycan şahmatçılarından 18 yaşlı oğlanların yarışında Uğur İlyaslı, 16 yaşlı qızların yarışında isə Ayan Allahverdiyeva 9 turdan 7,5 xal toplayaraq Avropa çempionatının qalibi olublar.