MİLLER ERMƏNİLƏRİN ÜMİDLƏRİNİ MƏHV ETDİ

Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-nın maraqlarına ziddir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. Biz heç vaxt deməmişik

ki, Azərbaycanla əməkdaşlığı davam etdirmirik. Bu ABŞ-nın maraqlarına, regionda sülhün və sabitliyin təmin olunmasına zidd olardı. Azərbaycan və Ermənistanla birbaşa danışıqlarımızı davam etdiririk. Biz narahtlıqlarımızı və mövqeyimizi aydın şəkildə bəyan etmək üçün həm Azərbaycan həm də Ermənistanla birbaşa əlaqədə işləməyə davam edirik. O cümlədən Ermənistanla davamlı sülhün əldə olunması üçün çalışırıq. Bu bizim diplomatik fəaliyyətimizdə diqqət mərkəzindədir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Millerin bəyanatı bəzi qərbpərəstlərin təbliğatını puç etdi. Bunu erməni politoloq Suren Surenyants deyib.“Əlbəttə ki, Miller heç bir sirr açmadı, sadəcə, bizim qərbpərəstlər həftələrdir ki, Vaşinqtonun Bakı ilə təmaslarını dayandırdığını deyib, ABŞ-ın ermənipərəst mövqeyi ilə bağlı əfsanələr yaradırlar”, - deyə o bildirib. Metyu Miller həmçinin ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinin olduğunu və bununla bağlı ətraflı bilginin veriləcəyini bildirib.