MİLASDA ÇOXƏSRLİK AĞACLAR YANIB KÜL OLDU
Baxış sayı: 1254
Türkiyənin Milas və Muğla rayonu haqqında sonuncu dəfə buranın turistik bir bölgə olduğu, tarixinin çox qədim olduğu və Muğlada aparılan arxeoloji qazıntılar burdakı tapınaqlar və daş heykəllər haqqında bilgi vermişdik. İndi isə nə qədər acı olsa da göyünün üzünü qaraldan tüstü dumandan, çox əsrlik ağaclarının yanmasından və bu yanğının meşəlik ərazidən ətraf kəndlərə doğru daha çox irəliləməsi ilə aparılan mücadiləni paylaşırıq. İşlərinin çox olmasına baxmayaraq Türkiyənin Anadolu Ajansının əməkdaşı Volkan Yıldız bu işdə bizə yardımçı olur. İnsanın gözü qarşısında bir canlının, bəli ağaclar da canlıdı, bu canlıların yanıb kül olmasını izləmək insanın ürəyini parçalamaya bilmir.