MEŞƏLƏR NİYƏ YANIR ?
Baxış sayı: 630
Son günlər ölkə ərazisində, əsasən də meşə massivlərində yanğınların baş verməsi, təbiət qoynuna istirahət məqsədi ilə üz tutanların məsuliyyətli və diqqətli olmasını daha da vacib edir. Meşənin qoynunda, gözəl bir guşədə istirahəti tonqal üstündə bişirilən ləziz yeməklər və samovar çayı olmadan təsəvvür etmək nə qədər çətindirsə, sonradan baş verən yanğını göz önünə gətirmək də bir o qədər üzücüdür. Meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalmasıdır. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları xeyli yaşıllığı məhv edir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər qorunub saxlanmış meşələr və nadir ağaclar bir anda məhv olur. Bəs əgər dünyada meşələr be yanmağa davam edərsə, planetimizi hansı təhlükə gözləyir ?
Planetin ağ ciyərləri hesab edilən meşələrin məhv olması, son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır. Bir sözlə, təbiətin məhv edilməsində əsas amil insan faktorudur. Ona görə də təbiəti elə özümüzdən qorumalıyıq.