MEYVƏ YIĞARKƏN DİQQƏTLİ OLUN
Baxış sayı: 506
Məhsul yığımı zamanı fermerlər nələrə diqqət etməlidirlər?
Meyvə bağlarında məhsul yığımı zamanı da fermerlərin diqqətli olmaları məqamlar var. Özəlliklə də alma yığımı zamanı məhsulun zədələnməməsi və növbəti ildə bol məhsul verməsi üçün nələri bilmək gərəklidir?
Məhsuldar meyvə bağları olan Quba-Xaçmaz İqtisadi Zonasında bu ildə məhsuldarlıq çox olub. Belə məhsuldar meyvə bağlarından biri də alma bağlarıdır ki, özəlliklə yağıntıların çox olması məhsuldarlığa müsbət təsir edib. Bağların suvarılma sistemində çətinliklərin yaşanmadığını deyən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutnun baş elmi işçisi Mədət Qurbanov sentyabr ayının əvvəllərindən artıq məhsul yığımına başlanılacağını dedi
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutnun baş elmi işçisi Mədət Qurbanov məhsul yığımı zamanı fermerlərin diqqət etməli olduğu məqamlara da toxunaraq məhsulun düzgün yığılma qaydalarından danışdı.
Son dövrlərdə salınan meyvə bağlarının intensiv meyvə bağları olmasından danışan mütəxəssis fermerlərin bu bağlara üstünlük vermə səbəblərini vurğuladı.
Son günlərdə şimal bölgəsində əsən güclü küləklərin almaları zədələdiyini və bol meyvəsi olan budaqlarını qırdığını deyən Mədət Qurbanov almanın əmtə qabiliyyətinin aşağı salan faktorlardan danışaraq fermerləri bağlara düzgün qulluq qaydaları ilə bağlı bilgilər verdi
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutnun baş elmi işçisi həmçinin yeni alma bağları salmaq istəyən fermerlərə də önərisi dünya bazarında daha çox tanınan və məhsuldarlığı bol olan alma sortlarına üstünlük vermələri və onların becərilmə texnologiyaları haqqında bilgilər əldə etmələri oldu.