METEOR YAĞIŞI OLACAQ

Bu həftə “Perseid” meteor axını baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb. Meteor axını 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.

Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda “düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.Qeyd edək ki, “Perseid” meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur.