MEKSİKA SƏFİRİ QUBADA OLUB

Meksika ilə Azərbaycan arasında turizm əlaqələri inkişaf edir. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qubaya səfər edib. Diplomat səfər çərçivəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. “Quba pytaxt Bakıya ən yaxın turistik rayonlardan biridir. Hazırda dəniz kənarından keçməklə Bakı istiqamətinə yeni yol çəkiılir ki, bu yol istifadəyə verildikdən sonra artıq paytaxtdan Qubaya gediş-gəliş asanlaşacaq”. Bu sözləri Meksikanın Azərbaycandakı səfiri Radriqo Labardininin Qubaya səfəri çərçivəsində keçirlən görüşdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon haqqında bilgi verərkən deyib. Qubadakı multukulturalizm gələnəklərinin yaşadılması, iqtisadiyyatın bir neçə sahələrinin inkişaf etdiyi haqqında bilgi verən rayon rəhbəri bir neçə il öncə Qubanın tarixi kəndlərindən olan Xınalıq dilini öyrənmək məqsədilə bura gələn Alman vətəndaşı hazırda burda yaşayır. İsti qarşılanmmaya görə Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə təşəkkür edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iki ölkə arasındakı beynəlxalq əməkdaşlıq haqqında danışaraq qeyd etdi ki, Respublikanın ən böyük turzm rayonlarından olan Qubada turizm layihələri ilə bağlı əməkdaşlıq mümkündür. Görüşdən sonra Meksikanın Azərbaycandakı səfiri Qubadakı “ABAD Factory”-a baş çəkib, burda istehsalat prosesi ilə tanış olub. Qubaya səfəri çərçivəsində meksikalı diplomat Quba Soyqırımım memorial kompleksinə, Xınalıq kəndinə və dağ yəhudilərinin ən çox kompakt yaşadığı Qırmızı Qəsəbəyə baş çəkiblər.