MEHRİ –ƏKƏRƏK YOLU NƏZARƏTƏ GÖTÜRÜLÜB

Rusiya sülhməramlı qüvvələri Mehri – Əkərək yolunu nəzarətə götürüb. Bu barədə Ermənistan mətbuatı bilgi yayıb. Bilgiyə görə həmin yolda yeni nəzarət – buraxılış məntəqəsi qurulub. Bildirilir ki, Mehri – Əkərək yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılaraq yoxlanılır. Bu yoldan isitifadə edən Ermənistan vətəndaşları çətinliklə üzləşdiklərini deyərək, hakimiyyət orqanlarına narazılıqlarını ifadə ediblər. Hökumət isə hələlik heç bir izahat verməyib. Qeyd edilib ki, bu, artıq Zəngəzurda üçüncü maneədir və belə yolların ikisinə Azərbaycan nəzarət edir. Habelə sülhməramlılarla yanaşı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları da sürücüləri saxlayıb əsir düşməmək üçün onları ehtiyatlı olmağa, avtomobillərini ərazidən sürətlə uzaqlaşdırmağa çağırıb. Digər bir bilgidə isə Rusiya sülhməramlı qüvvələrinin Zəngəzur - Əkərək yolunda 5 post qurduqları diqqətə çatdırılıb.