"MEDİA ŞƏHİDLƏRİ" PARKINI ZİYARƏT ETDİLƏR

Bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək şəhid olan Azərtacın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun ailə üzvləri Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşən Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilən "Media şəhidləri" parkını ziyarət ediblər.