MATEUŞDAN QALMAQALLI BƏYANAT

Polşanın Baş naziri Mateuş Moravietski rus dünyasının məhv edilməsinin zəruriliyini bəyan edib. "Rus dünyası bütün Avropa üçün ölümcül təhlükə yaradan xərçəngdir. Ona görə də Rusiya ilə hərbi mübarizədə Ukraynaya dəstək vermək kifayət deyil. Biz bu dəhşətli ideologiyanı yox etməliyik" deyə, Moravietski qeyd edib. Bundan əvvəl Baş nazir Polşadakı rusafobiyanı ölkə fəaliyyətinə təsir göstərdiyini sübut kimi qiymətləndirmişdir. Məsələyə Kremlin reaksiyası özünü çox gözlətməyib. Rusiya XİN – nin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Polşa hakimiyyəti bütün icazə verilən sərhədləri keçib və sadəcə olaraq bəlkə də onlar üçün mövcud olmayan əxlaqı tapdalayıb.