MARSA KREDİTLƏ SƏYAHƏT ETMƏK OLACAQ.

 ABŞ-ın “SpaceX” şirkətinin baş direktoru (CEO) Elon Musk minlərlə insanın Mars planetinə getmək arzusunu reallaşdırmaq üçün yeni layihə hazırlayıb.

Hazırlanmış bu lahiyəyə səyahətin pulunu ödəmək imkanı olmayan insanlar üçün kredit sisteminin yaradılmasını nəzərdə tutur.“Twitter” hesabında, hər 10 ilə min “Starship” raketi istehsal etmək istədiyini deyən E.Musk hər il yüz min immiqrantın qırmızı planetə köçməli olduğunu bildirib.Marsa getmək istəyənlərə maddi yardım göstəriləcəyini və işlə təmin olunacağını bildirən CEO “İstəyən hər kəsə Marsa getmə imkanı verilməli, pulu olmayanlara kredit verilməlidir" deyə o bildirib.