Dünyanın müxtəlif ölkələrində dillərə dastan olan vaxtınızı kifayət qədər əyləncəli keçirəcəyiniz şəhər parkları və bağlar var. Dünyanın böyük şəhərlərində yerləşən bu parklar möhtəşəmliyi, füsünkarlığı ilə insanların zövqünü oxşuyur.
Bura gələn insanlar istirahərlərini rahat şəkildə edə bilir. Elə isə dünyada olan bu möhtəşəm top 10-luğa daxil olan parklarla tanış olaq. 1. Qardaş ölkə Türkiyənin İstanbul şəhərində yerləşən Gülhane Parkı. İstanbulun Fatih qəsəbəsinin Eminönü bölgəsində yerləşən tarixi bir parkdır. Alay Köşkü, Topkapı Sarayı və Sarayburnu arasında yerləşir. 2. İspaniyanın Barselona şəhərində yerləşən Qüel Parkı. 1900-1914-ci il arasında Qüel ailəsinin nəcibliyinin göstəricisi olaraq inşa edilib. Park 1923-cü ildən sonra insanların istifadəsinə verilib. Əsas girişdə göbələkləri xatırladan günbəz şəkilli damları olan daşdan hazırlanmış iki quruluş var. Binalardan birində bir qüllə var. 3. Almaniyanın Münhen şəhərində yerləşən İngilis bağçası. Dünyanın ən böyük şəhər parklarından biri hesab edilən Almaniyadakı İngilis bağı (Englisher Garten) 18-ci əsrdən bəri Münhenlərə bir park olaraq xidmət edir. 4. ABŞ-ın Nyu York şəhərində yerləşən Mərkəzi Park. Nyu yorkun Manhetten qəsəbəsində yerləşən 3382 hektarlıq bir parkdır. Hər il orta hesabla 25 milyon ziyarətçi ilə Mərkəzi Park ən çox ziyarət edilən şəhər parkı hesab edilir. 5. Meksikanın paytaxtı Mexiko şəhərində Chapultepec Meşəsi parkı. Amerika qitəsindəki sahəsi 6.78 km²-dən çox olan ən böyük parkdır. 6. Londonda yerləşən Hayd park Hayd Park Londondakı Kral Parklarının ən böyüyüdür. Kensington bağlarına bitişik. 150 hektar ərazini əhatə edən bağçalarda Kral Aleksin heykəli var. Burada "Su" olaraq bilinən bir göl daxildir. 7. Ueno Park - Yaponiyanın paytaxtı Tokyonun Ueno rayonunda yerləşən bir park. 1873-cü ildə Kan'ei-ji məbədinə məxsus bir ərazidə inşa edilib.. Park çox əhəmiyyətli muzeylərin yerləşdiyi bir məkanda yerləşir. 8. ABŞ-ın San-Fransisko şəhərində yerləşən Golden Gate Park, 1017 hektar ictimai ərazidən ibarət böyük bir şəhər parkıdır. 1871-ci ildə Qızıl Qapı Parkının inkişafına nəzarət etməyə başlamış San Fransisko İstirahət və Parklar İdarəsi tərəfindən idarə olunur. 9. İbirapuera Parkı, Braziliyanın San-Paulu şəhərində ikinci ən böyük parkdır. Parkda əyləncə məkanları, qaçış və gəzinti yerləri, gölməçə və iclas otağı var. 10. Vondelpark, Hollandiyanın Amsterdam şəhərində 47 hektarlıq ictimai bir parkdır. Amsterdam-Zuid qəsəbəsinin bir hissəsidir və Leidseplein və Museumplein'in qərbində yerləşir.