Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bilgi yayıb.
Dağıntı və tələfat barədə hələ ki, bilgi verilmir. Zəlzələ yerli vaxtla 20-48 –də 7 km. Dərinlikdə qeydə alınıb. Zəlzələ ətraf rayonlarda da hiss olunub. Səhiyyə naziri Fahrettin Koca zəlzələdə 22-si Malatyada, 1-i Adıyamanda olmaqla 23 vətəndaşın yıxılaraq və ya binaların yuxarı mərtəbələrindən tullanaraq xəsarət aldığını açıqlayıb.