MACƏRA TURİZMİNİN İNKİŞAF EDƏCƏYİ ÖLKƏLƏRİN ADI AÇIQLANDI.

Artıq ölkəmizin turizm sahəsindəki uğurları durmadan artmaqda davam edir.Qafqaz tv olaraq daha bir uğurumuzu,yeniliyi sizə çatdırmaq istədik.Bu yenilik nədən ibarətdir?

 Böyük Britaniya Bekperlər Cəmiyyətinin mütəxəssisləri (az pul və minimal rahatlıqla səyahət etmək istəyən müstəqil turistlər) macəra turizminin inkişafı üçün ən böyük potensiala sahib olan ölkələrin reytinqini tərtib ediblər. Azərbaycanın adı siyahıda top onluğa daxil olub. Rusiya siyahıda səkkizinci yerdədir. Orta Asiya dövlətlərindən - Qazaxıstan (beşinci yer) və Özbəkistan (altıncı yer) daxil olub. Siyahıda Səudiyyə Ərəbistanı, Pakistan və İran - müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri bölüşür.Ekspertlər reytinqdə lider kimi Əlcəzairi tanıyıblar.Bundan əlavə, Bosniya və Herseqovina (yeddinci yer), Efiopiya (doqquzuncu yer) da ilk onluğa daxil olub.