MACARISTANDA TURAN QURULTAYI KEÇİRİLDİ
Baxış sayı: 604
Macarıstan çölünü qılınc səsləri, ox vıyıltısı, atların tappıltısı və çoban qamçılarının şaqqıltısı bürüyüb. Keçmişdə olduğu kimi, qədim musiqi aləti – şan-qopuzun və şaman dəflərinin səsi çevrəyə yayılıb. Ətrafda bütün Türk dövlətlərindən olan insanların gözə dəyməsi, qürurla dalğalanan Türk bayraqları burda iki ildə bir dəfə keçirilən Türk xalqlarının qurultayının başlamasından xəbər verir. Beləki, Macarıstanda Kişkunşaq milli parkının ərazisində (Buqatsda) türk xalqlarının növbəti beynəlxalq Qurultayı keçirilib. Bu il Qurultayda ev sahibləri ilə yanaşı, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstandan olan nümayəndə heyətləri də iştirak edib. Qurultay festivalla bağlı bilgi verən qurultayın musiqili səhnə təşkilatçısı Viktoriya Angel festivaldakı göstəırilərin hər birinin yadda qalıcı olduğunu vurğuldı.
14 yaşını qeyd edən qurultayda ötən illərdə olduğu kimi bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınıb. Bu böyük tədbirə teatrlaşdırılmış şou-proqramlar, musiqi tamaşaları, arxeoloji-antropoloji sərgilər, sənətkarların yarmarkası daxildir. Qurultayın macarıstanlı qatlımçısı Viktoriya Angel bildirdi ki, belə yarmarkalarda ənənəvi suvenirlər, eləcə də orta əsrlərə aid silah-sursat və yaraq-əsləhə almaq mümkündür.
Türk dövlətləri qurultay festivalının Güney Azərbaycandan olan qatılımçısı Aydın Qaraqanlı bu qurultayın ilk dəfə Qazaxıstanda keçirldiyini, sonralar isə hər iki ildən bir Avropada Hun diyarı kimi tanınan Macarıstanda təşkil edildiyini bildirdi.
Güney Azərbaycandan olan qatılımçı Aydın Qaraqanlı festivalın önəmindən danışaraq vurğuladı ki, burda xalqlar arasında bağlılıq daha da artır
Xatirladaq ki, qurultay “Turan-Macarıstan” fondunun təşkilati dəstəyi ilə keçirilir.