LƏNKƏRANDA ETNOQRAFİK TURLAR BAŞLAYIB

Azərbaycan xalqının qədim və rəngarəng

maddi-qeyri maddi mədəni irsi minilliklər boyu xalqın mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olub və xalq yaradıcılığının nailiyyətlərini özündə cəmləyərək tarix boyu digər xalqlara tanıdıb. Bu zəngin irsin təbliğ olunması, eyni zamanda, ölkəmizin cənub bölgəsinə turistlərin marağının artması məqsədilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən etnoqrafik turlara start verilib.

Mərkəzin təşkilatçılığı ilə Almaniyadan gələn turistlərlə rayonun tanınmış “Nənələr” folklor mahnı və rəqs kollektivinin görüşü təşkil olunub.

Avropalı turistlər Lənkəranın tarix və mədəniyyət abidələri ilə tanışlıqdan sonra Separadi kəndində “Nənələr” folklor mahnı və rəqs kollektivinin üzvlərinin yaşadığı evdə kollektivlə görüşərək onların ifalarını dinləyiblər.

Xarici turistlərin böyük marağına səbəb olan görüşdə Lənkəran rayonunun adət-ənənələri və folkloru haqqında məlumat verilib, suallar cavablandırılıb.

Çay süfrəsi ətrafında təşkil olunan görüş qonaqların böyük marağına səbəb olub.