LONDONDA SƏFİRLİYİMİZƏ KİMLƏR HÜCUM EDİB?
Baxış sayı: 533
Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb. London polisindən bildirilib ki, onlar yerli vaxtla saat 16- 30 radələrində bir qrup şəxsin səfirlik binasına daxil olması barədə bilgi aldıqdan sonra, hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Bu arada Azərbaycan səfirliyinə hücum edən “Mehdi xidmətçiləri” birliyi radikal dini qruplaşması barədə bəzi bilgilər üzə çıxıb. Şiə təriqətli dini qrupa Küveytli din xadimi Yasir Əl Həbib tərəfindən rəhbərlik ediliyi məlum olub. Qrupun lideri radikal sağçı hesab edilir. O, İran hökumətinə qarşı çıxır və İranın Ali rəhbəri Əli Xamneyinin dini nüfuzunu şübhə altına alır.