LAÇINA YENİ YOL NƏ VAXT ÇƏKİLƏCƏK ?

Üçtərəfli bəyanatın müddəaları Ermənilər tərəfindən hələ də icra olunmur. Məsələn Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı üzərinə öhdəlik götürən Ermənistan hökuməti, təxminən iki il sonra, yəni bu günlərdə yolun layiləndirildiyini açıqlayıb. Halbuki 10 noyabr bəyanatının 6 – cı bəndinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol 3 il ərzində inşa edilməli, bundan sonra şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməli idi. Yaranmış mənzərə onu deməyə əsas verir ki, Paşinyan hökuməti var gücü ilə çalışır ki, prossesi yubatsın. Son günlər bölgədə artan təxribatlar, habelə sülhməramlıların erməni silahlılarının qanunsuz hərəkətlərinə göz yumması, bu fikri daha da qüvvətləndirir. Ermənilər yaqin düşünürlər ki, vaxt uzanarsa yeni şərait yaranar və ortaya fərqli amillər çıxa bilər. İndiki şəraitdə onların maraqlarına cavab verən hər hansısa bir şərt yoxdur. Ekspert ...... fikrincə Azərbaycan öz mövqeyində təkidli olmalı və edmənilərin manevr etməsinə imkan verməməlidir. Bu yolun çəkilib istifadəyə verilməsi bölgədə bütün vəziyyəti dəyişəcəyi üçün, mənfur qonşularımızı qorxuya salıb. Lakin, onlar anlamalıdırlar ki, qorxuları gedən prossesləri ləngidə bilməz.