Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi
Laos Prezidentinə raport verdi. Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu. Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.
