KƏRKİ KƏNDİ AZƏRBAYCANA QAYTARILIR
Baxış sayı: 592
Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov avqustun 16-da keçirilən mətbuat konfransında deyib ki, Qazaxın işğal altındakı yeddi kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. 2020-ci ilin 10 noyabrında Azərbaycanla Ermənistan arasındakı müharibəni bitirən üçtərəfli sənəd imzalandıqdan dərhal sonra Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli və Naxçıvanın Kərki kəndinin də işğaldan azad ediləcəyi fikirləri hərbi-siyasi polemikaların mərkəzində yer alıb.
Onu da qeyd edək ki, tədrici proseslərlə səkkiz kəndin taleyinin Azərbaycanın suverenliyi və yurisdiksiyası altına keçməsinə hazırlıq başladılıb və artıq erməni cəmiyyəti də bu əhvala öyrəşdirilib.