KƏND ƏHALİSİNİN SOSİAL RİFAHININ YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR.

 Quba rayon İcra hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin 2019-cu ildə gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncaqları keçirilib.

Xınalıq,Əlik, Buduq, Yerfi,Rük və Xaltan kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin hesabat yığıncağında Quba Rayonu İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev,icra hakimiyyəti aparatının məsul şəxsləri,rayonun idarə,müəssisə və təşkilat rəhbərləri,həmçinin ictimaiyyət nümayəndələri iştirak edib. İcra nümayəndələri 2019-cu ildə məsul olduqları kəndlər üzrə gördükləri işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat verib. Hesabat məruzələrində Qubanın füsunkar təbiətli, turizm potensiallı bu ucqar dağ kəndlərinin social-iqtisadi inkişaf perspektivləri, əhalinin social rifahının,yaşam vəziyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş və icrası nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib.Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Xınalıq,Əlik, Buduq, Yerfi,Rük və Xaltan kəndlərində həyata keçirilən yol-infrastruktur, kommunal xidmət layihələrinin bu ucqar dağ kəndlərinin turizm perspektivli məkanlar kimi inkişafına da müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətli nümayəndələrinin yerlərdə vətəndaşlarla daha sıx təmasda olmalarının, kənd əhalisinin yaşam vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətlərinin və təşəbbüskarlıqlarının artırılmasının vacibliyini vurğulayıb. Əsasən dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat yığıncağında da iştirak edən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qeyd edib ki, bu gün dövlət başçımız İlham Əliyev və Respublikamızın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərinin nəticəsidir ki, Azərbaycan dünyada multikultural və tolerant ölkə kimi tanınır. Qürurverici haldır ki,məmləkətimizin digər bölgələrində olduğu kimi Quba rayonunda da 20-dən artıq yerli icma nümayəndələri mehriban dostluq şəraitində yaşayır.Digər icmalar kimi dağ yəhudilərinə də yüksək dövlət qayğısının nəticəsidir ki, Qırmızı Qəsəbə Qubanın ən abad,ən sabit yaşayış məntəqələrindən birinə çevrilib. Onu da qeyd edək ki, hesabat yığıncaqlarında vətəndaşların şəxsi müraciətləri də dinlənib. Quba Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verib.