Sentyabrın 25-ində Qubada” heyvandarlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr mövzusunda” keçirilən zona müşavirəsi baş tutdu. Tədbiri giriş sözü ilə açan
Quba rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov çıxış edərək müşavirənin fermerlər üçün əhəmiyyətindən danışıb. Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova bildirdiki, Respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə olunur. Daha Sonra heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması ,heyvanlar arasında süni mayalanmanın təşkili ,seçmə və taylaşdırma ,heyvanların sağlamlığının qorunması sahəsində dövlət dəstəyi ,fermer və sahibkarların vəzifə və öhdəlikləri ,heyvandarlıqda innovativ texnologiyaların tətbiqi mövzusunda çıxışlar oldu. Quba,qusar,xaçmaz,şabran,siyəzən rayonlarından olan fermerlər, ailə-kəndli təsərrüfat sahibləri, iri heyvandarlıq komlekslərinin nümayəndələrinin iştirak etdiyi müşavirə diskussiya şəraitində keçib, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavablar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.