KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV XAÇMAZ RAYONUNA SƏFƏR EDİB.

Kənd təsərrüfati naziri İnam Kərimov xaçmaz rayonuna səfər edib..nazir “Kapital Bank” ASC-nin rayondakı filialında bir qrup şəxsə yeni subsidiya sisteminə uyğunlaşdırılmış fermer kartlarının paylanılması mərasimində iştirak edib.

Qeyd edək ki, gələn ildən Azərbaycanda fermerlərə subsidiya ödənilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsi ilə həyata keçiriləcək. Fermerlər subsidiya üçün elektron qaydada müraciət edəcək və vəsait fermer kartlarına köçürüləcək Fermer kartları subsidiya vəsaitinin yalnız 25%-ni nağdlaşdırmağa imkan verəcək.Bu kartlara fermerlər məhsul subsidiyalarını,eləcə də məhsullarının satışından əldə edilmiş vəsaiti qəbul edə biləcəklər.Artıq 440 minə yaxın fermer qeydiyyatdan keçib,290 minə yaxın fermer isə əkinlər barədə bəyannamələrini elektron formada təqdim edib”.Nazir həmçinin, Xaçmaz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində Xaçmaz və ətraf rayonlardan olan vətəndaşlara kənd təsərrüfatı texnikalarının sənədlərini və sürücülük vəsiqələrini də təqdim edib, daha sonra vətəndaş qəbulu da keçirib.