KƏND QADINLARININ ZORAKILIQLARDAN QORUYAQ!

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq" İctimai Birliyi tərəfindən Qubanın Zərdabi kəndində “Kənd qadınlarını hər cür zorakılıq hallarından qoruyaq!” devizi altında tədbir keçirildi. “Quba rayonunun kəndlərində zorakılığa məruz qalmış kənd qadınları üçün hüquqi yardım və maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində keçirilən tədbirdə "Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq" İctimai Birliyinin sədri Kəklik Cəfərova , təlimçi ekspert Sevil Allahverdiyeva, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müşfiq Mahmudov, Zərdabi İnzibati Ərazi dairəsi rəsmiləri və kənd sakinləri iştirak etdilər. Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan oldu.