KƏND AĞSAQQALI İCRA BAŞÇISINA MİNNƏTDARLIQ ETDİ
Baxış sayı: 9
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Məckəxacə kəndində səyyar vətəndaş qəbulu keçirib. Qəbulda Quba rayon prokuroru, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Məckəxacə kənd tam orta məktəbində yaradılan Şəhidlərin xatirə guşəsini ziyarət edib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunaraq önünə gül dəstələri düzülüb.
