KƏLBƏCƏRİN AZADLIĞA QOVUŞMASININ İKİNCİ İLİ

Kəlbəcər rayonunun işğaldan azad olunmasından 2 il ötür. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Beləliklə Kəlbəcərin 27 illik işğalına son qoyulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 25 noyabr 2020 – ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Qeyd edək ki, Kəlbəcər rayonu 1993 – cü il aprelin 2 – də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəlbəcərin əsrarəngiz təbiətə malik olması və ermənistanla sərhəddə yerləşməsi çox mühüm strateji önəm daşıyır. Bu gün Kəlbəcərdə yenidənqurma işləri həyata keçirilir. Ötən iki il ərzində Azərbaycan ordusu Kəlbəcərdə mövqelərini xeyli dərəcədə möhkəmləndirib.