KƏLBƏCƏRDƏ 20 NƏFƏRİN HƏYATINI XİLAS EDƏN ƏSGƏR QUBALIDI
Baxış sayı: 614
Uzun həsrətdən sonra Kəlbəcərin Günəşli kəndinin bir qurup sakini öz kəndlərinə qovuşmaq arzusu ilə çıxmışdılar bu təhlükəli və bir vaxtlar yolu olub indi yolsuz durumuna düşən kənd yoluna. Hər kəs öz doğma evinə, yurduna qovuşmağın həyacanını yaşasa da gözləmədikləri anda onları bir başqa həyacan da sardı. Yaşayış evlərinin sıx olduğu yolun üzərindəki tank əlehinə mina. Bu mina neçə ilıər qəlblərində gizlədiklıəri arzularını, sevdiklərinə qovuşmaq istəklərini yarım qoya bilərdi. Amma Vətən uğrunda hər çağ canını qurban verməyə hazır igid minaaxtaran əsgərimiz Mərdalı Fərhad oğlu Aşurovun sayəsində Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfər bir qurupu daşıyan avtobus tank əlehinə minadan xilas ola bilir. Mərdalı məzuniyyətə buraxılıb doğulduğu Quba rayonuna gələnə qədər isə onun igidliyinin sorağı özündən öncə gəlir.