KƏLBƏCƏR VƏ LAÇININ SAĞLAMLIQ TURİZM POTENSİALI
Baxış sayı: 787
Qarabağda və Şərqi Zəngəzurda mədəniyyət, təbiət, sağlamlıq və dağ-xizək turizmi istiqamətləri üzrə zəngin resurslar var. Belə ki, təbiət turizmi üzrə piyada yürüşləri , yamac paraşütü, dağ velosipedi, dağ çaylarında qayıqçılıq və balıq ovu, turizm məhsulları kimi təklif edilə bilər. Bu mənada Laçın və Kəlbəcərin təbiət turizm növlərinin inkişafı baxımından nisbətən böyük potensialı var. Sağlamlıq turizmi üzrə termal bulaqlar, isti vannalar, iqlim kurortları turistlərə turizm məhsulları kimi təklif edilə bilər. Sağlamlıq turizm istiqaməti üzrə Kəlbəcər və Laçının, habelə Şuşanın böyük potensialı var.Ölkədə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün təbii ehtiyatlar baxımından böyük imkanlar var. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür. Azadlığa qovuşan ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var.