KÖRPÜNÜN O TAYINDA QALAN QUBANIN 6 KƏNDİ
Baxış sayı: 229
İyul ayının 29-da Quba-Xınalıq yolunun 42-ci km-də güclü seldən sonra dağılan körpü hələ də bərpa edilməyib. Uçan körpünün o tayında qalan 6 kəndin sakinləri və bu yerləri görməyə gələn turistlər yaranan vəziyyətdən çox əziyyət çəkirlər. Nəqliyyat vasitələrinə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu ilə hərəkət isə, sürücülərə uzaq olduğundan o yolla gediş-gəlişə üstünlük verilmir. Əlik, Haput, Cek kəndinin sakinləri yolu qısaltmaq üçün Əlik kəndinin girişindən UAZ, "Niva" və digər nəqliyyat vasitələri ilə çaydan keçirlər. Çayda su artanda isə bu, yoldan istifadə etmək mümkünsüz olur. Mövzuyla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli ilə əlaqə saxladıq. Qeyd edək ki, 6 dağ kəndinin əhalisinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Onlar körpünün yenidən qurulmasını səbirsizliklə gözləyirlər.