Falcon Heavy ağır raketinin Floridadan havalanmasına bir neçə gün qalır. 7 aprelə planlanan bu böyük start 9-na ertələndi. Bu start kosmosun ağır raketlərlə fəthində ən önəmli hadisə sayılır. Niyə?
Falcon Heavy ağır raketi bir dəfə kosmosa qalxıb, ancaq içində faydalı yük yerinə İlon Maskın Roadster markalı elektrikli maşını olub. İndi isə raket kosmosa Arabsat-6A missiyası ilə uçacaq. Yəni SpaceX Lockheed Martin tərəfindən SəudiyyəƏrəbistanı üçün istehsal edilmiş 6 ton (!) ağırlığındakı peyki geokeçid orbitinə çıxaracaq. Peyk Günəş panelləri əlavə edilmiş ən yeni texnologiyalar əsasında düzəlib. Məqsədi Yaxın Şərq, Afrika və Avropa əhalisi üçün tv, İnternet və telefon xidməti vermək olacaq.
Bu start həm də kosmosda yeni rəqabətin də əsasını qoyacaq. Nəhayət ki, Falcon Heavy Block5-lə uçacaq ,yəni artıq test modeli ilə deyil. Baxmayaraq ki, onlarla ton yükü kosmosa "Apollo" missiyasında da qaldırırdılar. Ancaq indi məsələ onun qiymətindədir. Falcon9 kimi raketlər qiymətləri dəfələrlə aşağı saldı. Ancaq ağır və ifrat ağır daşıyıcı-raketlər inanılmaz baha idilər Məsələn, DeltaIV-lər 350-500 milyon dollara başa gəlirdi. Mask isə bunu 100 milyona (!!!) qədər endirdi. Belə fantastik qənaət isə pulu ağlasığmaz kosmik proqramlara xərcləməyə imkan yaradacaq.
İlon Mask və SpaceX bu start üçün çox ciddi hazırlaşırlar. Rəqabət güclənir, onların arxasınca ULA, Ariane Group, Blue Origine kimi şirkətlər, Çin, Yaponiya kimi sürətlə inkişaf edən kosmik derjavalar var.