KOSMOSA MÜNTƏZƏM VƏ KÜTLƏVİ TURİST UÇUŞLARI TƏŞKİL EDİLƏCƏK.

Artıq kosmosa turist səfərləri gözlənilir.Kosmik səfərlərin nə vaxt həyata keçirilməsi planlaşdırılır? 

Kosmosa turist səfərləri yaxın gələcəyin ən mühüm və perspektivli iqtisadi layihələrindən biri hesab edilir. Uçuşların cari ilin ortalarından etbarən reallaşması nəzərdə tutulur.Şirkət vasitəsi ilə kosmosa səyahət edəcək hər kəs səfərdən öncə “Astronavt Təlim Proqramı”ndan keçəcək və səfər üçün zəruri olan məlumatlar əldə edəcək.Artıq indidən 3557 bildiriş aldığını bildirən şirkət, uçuş qiymətinin 250 min dollar olduğunu qeyd edib. ABŞ-ın ardınca bir sıra ölkələr kosmosa turist səfərinə imkan verən kosmik gəmilərin hazırlanmasına start verib.Yaxın gələcəkdə kosmosa turist yola salmaq arzusunda olan dövlətlərdən biri də Azərbaycanın şimal qonşusu Rusiyadır. Artıq bu məqsədlə Rusiyada kosmik gəminin inşasına start verildiyi bildirilir.Onu da qeyd edək ki, hələ ötən ilin fevralında “Virgin Calactic” şirkəti bir sərnişinin sınaq məqsədi ilə kosmosa səfərini təşkil edib.