KOSMOS TURİZMİNİN BAŞLAYACAĞI TARİX AÇIQLANDI

2021-ci ildə turistlərin turistlərin kosmosa səyahəti təşkil ediləcək. Kosmosa səyahət “Crew Dragon” adlı kapsulda həyata keçiriləcək. Kosmos turizmində maraqlı olan şirkətlər “SpaceX” və “Space Adventures”dir.

“Space Adventures” bu vaxta qədər Rusiyanın “Soyuz” raketləri ilə Beynəlxalq Kosmos Stansiyasına (ISS) 7 nəfər göndərib. 2021-ci ildə başlayacaq səyahətə isə hər kəs müraciət edə biləcək. Artıq ilk səyahət turunda kimlərin yer alacağı da dəqiqləşməyə başlayıb. Bilgiyə görə, “Microsoft”un həmtəsisçilərindən olan Çarlz Simonyi və İran əsilli milyarder qadın Anuşeh Ənsari gələn il kosmosa səyahət edəcəklər. Səyahətin qiyməti isə açıqlanmayıb.