KORONAVİRUSA YOLUXANLARIN SAYI DURMADAN ARTIR

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən gün dünyanın 204 ölkəsində 697,244 nəfər koronavirusa yoluxub və xəstəlikdən 33,257 nəfər vəfat edib. Epidemiyanın əhatə dairəsi, yoluxma tendensiyası genişlənməkdədir.

Virusa qarşı profilaktik tədbirlər çərçivəsində bir çox dövlətlər risk ölkələri ilə sərhədləri bağlayır, avia reysləri təxirə salır.31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 24 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 298 nəfərdir, onlardan 15 pasiyentin vəziyyəti orta ağır, 11- i isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 267 nəfər təşkil edir . onlardan 26 nəfəri sağalıb, 5 –i isə dünyasını dəyişib . Epidemiyaya yoluxma faktı təsdiqlənən pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq.