KORONAVİRUS XƏSTƏLƏRİNƏ BİR GÜNLÜK XƏRCLƏNƏN VƏSAİT AÇIQLANDI

Qurum rəsmisi koronavirusdan ən çox ölümlərin qeydə alındığı yaş qrupunu da açıqlayıb.

Bildirib ki, ən çox ölüm qeydə alınan 60-69 yaş arası şəxslər olub. Bu isə koronavirusdan ümumi ölümlərin 43 faizini təşkil edir. Agentlik sədrinin sözlərinə görə, Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə bir gündə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir Agentliyin sədri təəssüflə bildirib ki, son günlər Azərbaycanda yoluxma sayında artım müşahidə olunur. Bu isə karantinin yumşaldılmasından sonra insanların arxayınlaşması ilə əlaqədardır.