Hazırda Bütün dünyada gündəm olan Koronavirus bir çox ölkələri ağuşuna almağa davam edir.Məsələnin ciddiyətini nəzərə alaraq ölkəmizdəki son durumu analiz edəcəyik.Eləcədə bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət etməliyik.Araşdırmamız var.
Son zamanlarda elm üçün müəmməlı olan və minlərlə insanın ölümünə səbəb olan koronovirus xəstəliyi Çində yaranmasına baxmayaraq artıq digər ölkələrdə də sürətlə yayılmağda davam edir.2002-ci ildə Çində 774 nəfərin ölümünə səbəb olan Şiddətli Kəskin Respirator Sindromu virusunun qohumu adlandırılan koronavirus dekabrdan indiyə qədər minlərlə can alıb. Koronavirusun quruluşunu tədqiq edən elm adamları bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin edib. Çində əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasda olmaları koronavirusun yayılmasını daha da sürətləndirib.Hazırda bir çox dövlətlər koronavirusun aşkarlandığı ölkələrlə sərhədlərini bağlayaraq, bu virusdan qorunmağa çalışırlar. koronavirus təhlükəsi yaranandan insanları düşündürən ən əsas məsələlərdən biri ölümə səbəb olan bu təhlükəli virusun onlara Çindən göndərilən bağlamalar, konteynerlərlə keçib keçməməsidir. Bu məsələyə toxunan Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsinin mümkün olmadığını diqqətə çatdırıb. Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyirki,bu virusun Azərbaycanda yayılma riski çox aşağıdır. Yeni virus hava-damcı,qida ,ərzaq məhsulları və təmasla insanlara yoluxa bilər.Bəs görəsən insanlar bu xəstəliklə bağlı nə dərəcədə məlumatlıdırlar. Ümumiyyətlə bir çoxlarımızı qorxuya salan sözü gedən virusdan qorunmaq üçün nələrə diqqət etməli olduğumuzu bilirikmi? Quba MRX-nın Baş İnfeksionisti Donara Əliyeva Dünyanın bəlasına çevrilən Koronavirusun əlamətləri barədə geniş bilgi verdi . Quba MRX –nın Baş İnfeksionesti Donara Əliyeva həmçinin onu da əlavə etdi ki, bu virusdan qorunmaq üçün insanlar ilk növbədə sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidirlər.Ölkəmizdə də Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib. Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb. Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb. Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş olunur ki, yalnız rəsmi məlumatlara etibar etsinlər.