KORONAVİRUS HAVA ÇİRKLİLİYİNİN AZALMASINA SƏBƏB OLUB

Dünyada ən çox çirklənmiş şəhərlərdən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə qalın qaranlıq çirk qatı demək olar ki, yoxa çıxıb. Onilliklərdən sonra ilk dəfə olaraq Himalay dağları şəhərdən aydın şəkildə görünüb.
ABŞ-da azot dioksid çirkliliyi 30 faizə düşüb. İtaliyanın paytaxtı Romada havanın çirkliliyi bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 49 azalıb. Ulduzların gecə daha aydın göründüyü bildirilir. Dünyanın bir çox yerində şəhər və kənd sakinləri görmədikləri heyvanları görməyə başladıyıblar. Məlum oldu ki; İnsanlar evdə oturanda və insan fəaliyyəti azaldıqda dünya təmizlənir və təbii həyat boşluğu tez doldurmağa başlayır. "Bu planetdə bəşəriyyətin nə qədər dağıntı və disbalans yaratdığını görmək bizim üçün inanılmaz bir fürsət oldu. Bu vəziyyət hər şeyin nə qədər daha yaxşı ola biləcəyini bizə sehrli və gözlənilməz şəkildə göstərdi".karantin dövründə ətraf mühitdəki ekoloji dəyişiklikləri analiz etmək üçün bir qrup elm adamı səfərbər oldu. Alimlər, azot dioksid kimi hava çirkliliyinin ən çox bilinən molekullarının inanılmaz dərəcədə sürətli azalmasına heyrətlənirlər. bu molekul hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur. Təmiz havadakı fərq Hindistan və Çində ən çox nəzərə çarpdı. Bir səhər Hindistanın şimalındakı Cələndər şəhərinin sakinləri on illərlə görünməyən bir mənzərəyə oyandılar və ilk dəfə yüzlərlə mil uzaqlıqdakı qarla örtülmüş Himalayı görə bildilər. Təmiz hava yalnız gözəl mənzərə demək deyil. Təmiz və güclü ağciyərlər daha az astma, daha az ölüm və daha sürətli sağalma deməkdir.