KOMFORT ZONAMIZDAN ÇIXMAQLA BİZ NƏLƏR ƏLDƏ EDƏ BİLƏRİK?

Gözəl bir deyim var bir işi gör, ya da görmə. Amma bəhanə gətirmə. Bəli bu gün ətrafımızda tanıdığımız insanlarda müşahidə etsək görərik ki, insanların bir çoxu hər hansı işi görməzdən əvvəl və ya görə bilmədikdə bəhanə gətirirlər. Bəs bu bəhanə gətirməyin səbəbi nədir?

Hər kəs həyatını yaxşı yaşamaq, heç bir çətinlik, əziyyət çəkmək istəmir. Bahalı maşın sürmək, lüks şəraitdə olan evdə yaşamaq istəyir, dünyanın ən tanınmış insanı olmaq istəyir və bu siyahını çox uzatmaq olar.Yaxşı. Bəs bu istəklərimiz üçün nələr edirik? Hansı addımlar atırıq? Dünyada yaşıyan 20% insanlar mövcud maliyyənin 80% -ni istifadə edir. Bu nəyin hesabına baş verir bilirsiz? Bu suala 1000 illərdir axtarılan cavab tapılıb. Daxili intizam. Bəli düz eşitdiz daxili intizam. Bir insan özünü daxildən gücləndirərsə heç bir bəhanə onu uğura çatmaq yolundan geri döndürə bilməz.Həyatımızda etdiyimiz səhvlərdən biri də bir iş görmək istəsək nə vaxtsa edərəm deyib öz komfort zonamıza çəkilirik.Məsələn:nə vaxtsa bir kitab oxuyacam, nə vaxtsa öz biznesimi quracam, nə vaxtsa idmanla məşğul olacam və nə vaxtsa başlıyan cümlələri çox yazmaq olar. Bu nə vaxtsalardan qurtulmaq üçün o işi görməliyik bəhanə gətirmək olmaz. Hər gətirdiyimiz bir bəhanə bizə zaman itkisi olaraq həyatımızda iz qoyur. Bir müddətdən sonra keçən zamanımız üçün üzülürük ki, bu vaxt ərzində özümüzü çox inkişaf etdirə bilərdik.