KİYEVDƏ NADİR MUZEY AÇILIB

Ukrayna millətinin tanınmış nümayəndələrinin 100-dən artıq fiquru, onlarla bağlı 25 süjet kompozisiyası, həmçinin qədim əmək alətləri və müxtəlif dövrlərin silahları

Kiyevdə açılan “Ukrayna millətinin təşəkkülü” adlanan innovasiyalı muzeyin eksponatıdır. Bütün fiqurların mumdan deyil, silikondan hazırlanması, bəzi fiqurların hətta danışmağı bacarması  və ziyarətçilərin hərəkətlərinə reaksiya vermələri diqqətəlayiqdir. Təqdim olunan hər bir ekspozisiya səslə müşayiət edilir, xüsusi effektlərə və hətta qoxuya malikdir. Muzeyin yaradılmasından başlıca məqsəd Ukrayna millətinin ən yaxşı təmsilçilərini təqdim  etmək, bununla da gənclər arasında öz milləti ilə bağlı qürur hissini gücləndirmək və onlarda Vətənə sevgi tərbiyə etməkdir.