KİYEVDƏ DƏHŞƏT YAŞANDI. YARALILAR VAR

Rusiya ordusu mayın 30- a keçən gecə PUA- larla Ukraynanın paytaxtı Kiyevə hücum edib. Nəticədə bir nəfər ölüb, üç nəfər isə yaralanıb. Ukrayna KİV- lərinin verdiyi

bilgiyə görə ölkənin Çerniqov, Kiyev, Jitomir, Çerkassa və Kirovaqrad vilayətlərində hava həyəcanı xəbərdarlığı elan edilib. Paytaxtdakı partlayışlarla bağlı Kiyev Meri Vitali Kliçko xalqı bilgiləndirib. Bütün təcili yardım xidmətlərini şəhərin Padolsk və Qalaseyvski rayonlarına göndərildiyini deyən Mer hadisənin digər təfərrüatını açıqlamayıb. O da bildirilir ki,  Kiyevin Darnetski rayonunda da dağıntılar olub. Kiyev Hərbi Adminstrasiyasının verdiyi bilgiyə görə 20 – dən çox Şahid PUA- sı Kiyevin hava məkanında  Hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.