KİTAB OXUMAĞA NECƏ VAXT AYIRAQ?

 Kitablara bağlı bir deyil iki şirkətin sahibi olduğunuzu və kitab oxumağa vaxtınızın olmadığınızı düşünün.Bu LibriVox və Pressbooks'un qurucusu Hyuc McGuirenin bir neçə il öncə düşdüyü bir vəziyət idi. O bu vəziyətdən çıxmaq üçün nələr etdi? 

Bir çox insanlar kimi LibriVox və Pressbooks'un qurucusu Hyuc McGuirenin da kitab oxumağa vaxt ayıra bilmirdi. Bir vaxt sonra əlində bir kitabla keçirdiyi səssiz zaman üçün darıxdığını, hər zaman yorğun olduğunu və yaşamın hər sahəsinə fokuslanmaq üçün mübarizə apardığını fərq etdi. Ancaq sonda kitabların, çoxlu bilgi oxumağın panzehir olduğunu bildi.Beləcə onları təkrarlanan həyatının bir parçası halına gətirdi. Yaxşı bəs kitab oxuyarkən beynimizin enerji toplaması üçün nələri etməliyik? 1. Eloktronik cihazlarınızı gizlədin Sadə görünsə də telefon, planşet və komputer kimi cihazlardan ayrılmaq biraz çətin məsələdir. Çünki belə cihazlar insanlarda bağımlılıq yaradacaq şəkildə hazırlanmışdır. Məsləhətdirki komputerinizi  stolunuzun üstündə açıq vəziyətdə saxlamayasınız. Telefonunuzu səssizə alın. Gələn mesajlar sizə mane olacaqsa onu dolabın içinə qoymağınız daha məqsədə uyğundur. 2.Vaxtınız yoxdursa qısa aralıqlarla oxuyun. İşə gedərkən, hər hansı bir kafedə yeməyinizi gözləyərkən, ya da yatmadan öncə sosial şəbəkələrdə vaxt keçirməyi kitab oxumaqla əvəzləyə bilərsiniz. Araşdırmalara görə bir kitabı tək səfərdə oxumağa çalışmaq yerinə qısa aralıqlarla oxumaq daha çox bilgi öyrənə bilərsiniz. 3.Sizə daha yaxın olunan kitab seçin.Xoşunuza gələn bir kitab seçsəniz əgər həmin kitabı sona qədər oxumaq sizin üçün rahat olacaq. Hər insanın ruh halını, onun maraqlarını anlada biləcək kitablar vardır. Sizə yaxın olan kitabları tapın oxuyun və inkişaf edin. Oxuduğumuz hər bir kitab bizim gələcəyimizi aydınladan bir çıraqdır.