KARTOF QABIQLARININ İNANILMAZ XEYRİ

Kartofun özü qədər qabıqları da faydalıdır. Sarı, qırmızı və ağ olmaqla, üç çeşidi olan kartof nişasta baxımından da zəngindir. Bu çeşidlilik becərildiyi torpağa görə dəyişir. Ana vətəni Amerika olan bu bitki bədəndəki suyu balanslaşdırır, qaraciyərdəki şişkinliyi aradan qaldırır, bağırsaqların təmizlənməsinə yardımçı olur. A, C, K, B6 və E vitaminləri ilə zəngindir. Kartof qabıqları ilə bərabər istifadə olunduqda bir çox xəstəliyin sağalmasında əhəmiyyətli rol oynayır. Qafqaz TV Medicina.az-a istinadən xəbər verir ki, qan dövranından xolesterinə qədər müxtəlif faydaları təmin edən kartof qabıqları bir çox problemləri aradan qaldırır. Kartof qabığından hazırlanan bu içkini gündə 2 stəkan içə bilərsiniz. Bu çay, sidik vasitəsilə bədəninizdəki toksinlərin atılmasında təsirli olduğu üçün böyrək daşının əmələ gəlməsinin qarşısını alacaq. Xolesterol kimi ürək sağlamlığına mənfi təsir edən problemlərin aradan qaldırılmasında təsirlidir. Şəkərli diabet, ürək problemi və yüksək xolesterindən əziyyət çəkən insanlara tövsiyə olunur. Kartof qabığı çayı hazırlamaq üçün qabığı soyulmuş kartof qabıqlarını bol su ilə yaxşıca yumaq, sonra 1,5 litr su ilə dolu qazana və ya çaydana qoymaq və 20 dəqiqə qaynatmaq kifayətdir. Və sonra isti və ya soyuq için.