KARANTİNDƏN ÇIXIŞ YOLU “KARANTİNDƏ”

Hər insan öz yaşam biçiminə uyğun bir həyat düzəni qurur. Amma bəzən insanın alışdığı həyat şərtləri dəyişir və bu çağ insan gündəlik alışqanlıqlarından, qurduğu düzəndən uzaq düşür.

Bu çaxnaşmada özlərini itirənlər də olur, yaşamlarını alt-üst etmiş bu çaxnaşmanı yeni uğurun başlanğıcı sanıb təlaş keçirməyənlərdə. Elə koronavirus pandemiyasının tüğyan etdiyi indiki zamanda olduğu kimi. Belə şəraitdə pandemiyadan qorxmayıb, sadəcə evdə oturub imuniteti gücləndirməkdən başqa çıxış yolu qalmır insana. Amma sözdə asan görünsə də daim çağlayan, bir yerdə dayanmağa alışqan olmuyan insanlara evdə qalmaq asan gəlmir. Necə deyərlər hər insanın iradəsi dözmür. Amma Azərbaycanda və dünya ölkələrinin çoxunda pandemiyanın qarşısının alınması üsullarından biri də evdə qalıb, xüsusi karantin qaydalarına əməl etməkdir. Korona virus təhlükəsinə qarşı tətbiq edilən bu xüsusi karantin rejimi KİV-lərin də fəaliyyətinə öz təsirini göstərir. Bir tərəfdən əsas mövzu və diqqət tələb edən virusa qarşı mübarizə tədbirləri önə çıxır, digər tərəfdən isə, planlaşdırılan proqram verilişlərin çəkilişləri təhlükəsizlik baxımından təxirə salınır. Bu şəraitdə Qafqaz TV olaraq, biz həm tamaşaçılarımızı maraqlandıran mövzuda, həm də bu günlərdə onlara faydalı ola biləcək yeni bir verilişə başladıq. "Karantində" verilişində hər dəfə biz həm, koronavirusdan qorunma qaydalarından, həm karantin rejimində insanlara daha çox faydalı ola biləcək praktik məsləhətlərdən tutmuş, karantindən sonrakı fərqli reallığa indidən necə hazırlaşmağa qədər bir çox məsələlər üzərində ekspertlərin iştirakı ilə, fikir mübadiləsi edəcəyik. Qafqaz TV-nin efirində tezliklə izləyəcəyiniz “Karantində” verilişi pandemiyanın yaşam biçiminə çaxnaşma salan insanların içindəki təlaşı sakitləşdirəcək, evdə qalmaqdan sıxılmamalarına, boş çağlarının doğru dəyərləndirib, karantindən uğurlu çıxmalarına kömək edəcək.